Şagirdlər milli qəhrəmana həsr edilən film izləyiblər - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Cəmşid Naxçıvanski adına 11 №-li tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Kərim Kərimova həsr olunmuş sənədli film nümayiş olunub.  Sənədli film Milli Qəhrəman Kərim Kərimovun Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlardan bəhs edir. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin məktəblilərin vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, onlara vətənpərvərlik hisslərinin aşılanması məqsədi ilə birgə keçirdiyi tədbirdə 25 şagird iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: