Şahbuzda Uşaqların Müdafiə Günü qeyd edilib

A- A A+

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə Şahbuz Rayon İcra Hakimiyyəti və Komitənin birgə təşkilatçılığı ilə “1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” Şahbuz rayon Mədəniyyət Sarayında qeyd edilib.

Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova uşaqlara göstərilən dövlət qayğısından danışıblar. Qeyd olunub ki, muxtar respublikada bütün kateqoriyadan olan uşaqların hüquqlarının müdafiəsinə, sağlamlığının qorunmasına, təhsilinə, istedadlarının üzə çıxarılmasına, asudə vaxtlarının səmərəli təşkil olunmasına həssaslıqla yanaşılır, ən mütərəqqi üsullar tətbiq edilir, dövlət proqramları qəbul edilərək icra olunur.

Təşkilatçılar 2017-2018-ci tədris ilində Şahbuz rayonu üzrə təhsil, incəsənət, idman sahələri üzrə fərqlənən 16 uşağa fəxri fərmanlar və hədiyyələr veriblər.

Tədbirin bədii hissəsində Şahbuz şəhər Uşaq Bağçasının və Şahbuz rayon uşaq musiqi məktəblərinin şagirdlərinin ifasında konsert proqramı olub.           

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: