Bank filialı üçün yeni bina tikilir

A- A A+

NUHÇIXAN xəbər verir ki, 2008-ci ildən fəaliyyət göstərən “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti əhalinin əlverişli bank xidmətlərindən yararlanması üçün ötən dövrdə bankın paytaxt Bakı və Naxçıvan şəhərlərində, o cümlədən Şərur, Culfa və Ordubad rayonlarında filialları istifadəyə verilib. Bu yaxınlarda isə Kəngərli rayonunun Qıvraq qəsəbəsində “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin yeni filialı üçün binanın tikintisinə başlanılıb.

Yeni inzibati bina iki mərtəbədən ibarət olacaq. Binanın birinci mərtəbəsində əməliyyat, xəzinə, server, gözətçi otaqları, müştəri zalı, qazanxana və foye yerləşəcək. İkinci mərtəbədə isə direktor otağı, əlavə iş otaqları və foye nəzərdə tutulub. Artıq hər iki mərtəbədə beton işləri başa çatıb, birinci mərtəbədə hörgü işləri aparılır. Yaxın günlərdə isə binanın dam örtüyünün vurulmasına başlanılacaq.

Yeni filial əhalinin, o cümlədən sahibkarların, torpaq mülkiyyətçilərinin maliyyə resurslarına olan tələbatlarının yüksək səviyyədə ödənilməsinə şərait yaradacaq.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: