Naxçıvanda sağlamlıq imkanları məhdud olan uşaqların bayram gəzintisi təşkil edilib - FOTOLAR

A- A A+

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, sağlamlıq imkanları məhdud uşaqların 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Naxçıvan Uşaq Bərpa Mərkəzində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə  tədbir keçirilib.

Sosial könüllülərin də iştirak etdiyi tədbirdə ilk öncə sağlamlıq imkanları məhdud uşaqlar üçün rəqs nömrələri nümayiş olunub. Daha sonra uşaqların Naxçıvan “Əyləncə Adası”na gəzintisi təşkil olunub.

Sağlamlıq imkanları məhdud uşaqlar əyləncə guşələrindən və digər attraksionlardan istifadə edib, yeni yaradılmış mini zoparkda saxlanılan heyvanlara tamaşa ediblər. Burada tədbir iştirakçıları üçün  çay süfrəsi də təşkil olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: