Yeni yaşayış binasında son tamamlama işləri görülür

A- A A+

Muxtar respublikada aparılan quruculuq tədbirləri, nəticə etibarilə, regionun simasını əsaslı surətdə dəyişib. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələri müasirliyə qovuşub. Abad yollar, müasir memarlıq üslubunda inşa olunmuş inzibati binalar böyük bir tarixi özündə yaşadan Naxçıvana xüsusi gözəllik bəxş edib. Sədərək rayonu da bu baxımdan diqqəti çəkən bölgələrimizdən birinə çevrilib. Burada son illər aparılan genişmiqyaslı abadlıq-quruculuq tədbirləri müxtəlif sahələri əhatə edir. Yaşayış məntəqələrində inşa olunan kənd və xidmət mərkəzləri, təhsil və səhiyyə ocaqları kənd əhalisinin yaşayışına, həyat tərzinə də müsbət təsir göstərir.

Rayonu  mərkəzi Heydərabad qəsəbəsində yeni tikilmiş yaşayış binası 7 mərtəbə və 48 mənzildən ibarətdir.  Bu mənzillər, Sədərək rayonunun sakinləri, xüsusən gənc  ailələrə göstərilən dövlət qayğısının əyani ifadəsidir.

Zirzəmidə məişət avadanlıqlarının təmiri, dərzi, ayaqqabı təmiri, bərbər, gözəllik salonu və fərdi qazanxana yerləşəcək. Burada rayonun müxtəlif idarə, müəssisə və təşkilatları üçün 4 iş otağı ayrılacaq.

Artıq binanın bütün mərtəbələrində  inşaat  işləri  sona çatıb. Su, kanalizasiya, elektrik xətlərinin quraşdırılması işləri görülüb. Binanın ətrafında abadlıq, təmir işləri aparılır, səkilərə daş düzülür, yaşıllıq zolağı salınması üçün hazırlıq işləri görülür.

     

 Zülfiyyə  Həsənova

“Oğuz yurdu” qəzeti

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: