Ordubadda humanitar tibbi aksiya keçirilib

A- A A+

Naxçıvan Diaqnostika Müalicə Mərkəzi publik hüquqi şəxsin həkim briqadası Ordubad şəhərindəki Məhəmməd Füzuli adına internat tam orta məktəbdə şagirdləri kompleks tibbi müayinədən keçirib.

NUHÇIXAN xəbər verir ki, müayinələr zamanı xəstəlikləri aşkar olunanlara müalicə və eynəklər yazılıb, həkim məsləhəti verilib. On iki uşaqda əlavə tibbi müayinələrə ehtiyac olduğundan onlar müalicə məqsədilə Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə dəvət ediliblər.

Humanitar aksiya çərçivəsində alınmış şirniyyat məhsulları məktəbin bufetinə, ilkin tibbi yardım üçün ləvazimat, dərman və sarğı materialları isə tibb məntəqəsinə təhvil verilib. Publik hüquqi şəxsin öz vəsaiti hesabına alınmış idman geyim dəstləri və gündəlik istehlak məhsulları valideynlərindən birini itirmiş 34 şagirdə, bunlarla yanaşı, ayaqqabı, paltarlar isə hər iki valideynini itirmiş 6 şagirdə hədiyyə olunub.

Məktəbin müəllimləri və valideynlər şagirdlərə göstərilən bu xidməti dövlətimizin gələcəyimiz olan uşaqların sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi layihələrin uğurlu icrası kimi dəyərləndirərək minnətdarlıqlarını bildiriblər.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: