“Çöl adamı” verilişinin bu dəfəki buraxılışı Naxçıvana həsr olunub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Xəzər televiziyasının “Çöl adamı” verilişinin heyəti muxtar respublikamızda olub və yurdumuzun gəzməli-görməli, tarixi yerlərində çəkilişlər aparıblar. Efirə təqdim olunan veriliş izləyicilər tərəfindən maraqla qarşılanıb. 40-dəqiqəyə yaxın çəkən verilişdə Naxçıvanın tarixi  haqqında izləyicilərə dolğun məlumatlar verilib.

Aparıcı Əshabi-Kəhf Dini-Mədəni Abidə Kompleksini ziyarət edib və bu möcüzəvi yer haqqında maraqlı faktları tamaşaçıların  diqqətinə çatdırıb.

Verilişdə həmçinin, Nəhəcir kəndi yaxınlığında yerləşən 45 dəqiqədən bir, yalnız 12-15 dəqiqə qaynayaraq 4-5 metr hündürlüyə qalxan, yerli əhalinin “Şor su”, “Küsəyən” adlandırdığı bulaqdan da söz açılıb.

Ordubad rayonunda olan aparıcı  burda  öz əlləri ilə Naxçıvan mətbəxinə aid maş şorbası bişirərək tamaşaçılara nümayiş etdirib.

Qeyd edək ki, “Çöl adamı” verilişinin növbəti buraxılışı da Naxçıvandan hazırlanıb və  sözügedən verilişi bu bazar günü, saat 11:30-da Xəzər telekanalının efirində izləmək mümkündür.

                                                        

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: