Gənclər “Zəngəzur Milli Parkı”nda olublar - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, “Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” ilə əlaqədar gənclərin muxtar respublikanın flora və faunası ilə tanışlığı davam edir. Növbəti dəfə Ordubad və Culfa rayon gənclərinin Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına ekskursiyası təşkil olunub.
Gənclərə məlumat verilib ki, Ordubad rayonu ərazisində yerləşən Park Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli Sərəncamı ilə yaradılıb. Məqsəd ərazidə ayrı-ayrı komponentlərin və müxtəlif növ heyvanların, o cümlədən, endemik növlərin qorunub saxlanması və mühafizəsini təmin etməkdir.
Sonra gənclər burada yaradılan muzeydəki müxtəlif ekspozisiya zalları, heyvan maketləri, dərman bitkiləri və nümayiş olunan digər eksponatlarla tanış olublar.
Qeyd edək ki, ərazisinin çox hissəsi dağlıq olan parkda suda-quruda yaşayan heyvan növlərinin əksəriyyətinin adları “Qırmızı Kitab”a daxil edilib.
Ərhan Novruzov