Növbəti kursu uğurla başa vuran zabitlər yuxarı vəzifələrə təyin olunub - FOTOLAR

A- A A+

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, zabit heyətinin təkmilləşdirilməsi kursunun başa çatması münasibətilə keçirilən buraxılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Mərasimdə zabit Mehman Gülməmmədov bildirib ki, kurs zamanı Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində müxtəlif  ixtisaslar üzrə dərslər keçirilib. Kursa cəlb edilmiş zabitlərin peşəkarlıqları real döyüş şəraitinə yaxın təşkil edilmiş məşğələlərdə daha da artırılıb.

Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayev şəxsi heyəti təbrik edərək bildirib ki, peşəkar hərbçilərin yetişdirilməsinə xidmət edən digər kurslar kimi zabit heyətinin təkmilləşdirilməsi kursu da uğurla icra olunur. Kurslar zamanı hərbi qulluqçuların bilik, bacarıq və peşəkarlıqları daim artırılır. Təbii ki, bütün bunlar da hərb işinə verilən yüksək qiymətdən xəbər verir.

 Sonra kursu uğurla başa vuran məzunlara sertifikat və hədiyyələr təqdim edilib.

Kurs birincisi tərəfindən xatirə lövhəsinə buraxılış emblemi vurulub və  məzunların yuxarı vəzifələrə təyin olunmaları ilə bağlı verilən əmr mərasim iştirakçılarına çatdırılıb. Əmr oxunduqdan sonra məzunların tribuna önündən təntənəli keçidi olub. Sonda məzunlarla xatirə şəkili çəkdirilib.

                                                                                                                                      Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: