Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN- a verilən xəbərə görə Nəbatat bağında muxtar respublika gənclərinin iştirakı ilə “Ətraf mühiti necə qoruyuruq” mövzusunda müzakirə təşkil olunub. “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir” devizi ilə keçirilən müzakirədən əvvəlcə gənclərə Nəbatat bağı, bağda qorunub saxlanan bitkilər, muxtar respublikanın təbiəti, dəyişkən iqlimi, fauna və flora örtüyünün zənginliyi, növ müxtəlifliyi barədə məlumat verilib. Muxtar respublika ərazində yeni aşkar olunmuş, həmçinin nəsli kəsilməkdə olan bitki və heyvanlar, onların qorunma yollarından söhbət açılıb.
Sonda gəncləri maraqlandırılan suallar cavablandırılıb, müzalkirədə 50 gənc iştirak edib.
Tədbir “5 iyun-Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” ilə bağlı keçirilib.