NUHÇIXAN xəbər verir ki, Müqəddəs kitabımız “Qurani-Kərim”in nazil olduğu mübarək Ramazan ayının başa çatması münasibəti ilə muxtar respublikamızın məscidlərində bayram namazları qılınacaq, dualar oxunacaq.
Qeyd edək ki, Azərbaycanda Ramazan ayı may ayının 6-da başlayıb və iyun ayının 6- da sona çatacaq. Naxçıvan şəhərində bayram namazlarının Sarvanlar, Came, Pirqəmiş, Kazım Qara Bəkir Paşa məscidlərində qılınacağı gözlənilir.
Xanım Rüstəmzadə