Şahbuzda 47 uşaq tibbi müayinədən keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN- a verilən xəbərə görə Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kənd­lərdə əhalinin tibbi müayinəsini və cərrahi əməliy­yatları davam etdirirlər. 

Xəstəxananın həkimi-muxtar respublikanın baş oftalmoloqu Kəmalə Əliyeva “Gələcəyə sağlam baxış” devizi altında Şahbuz Rayon Mərkəzi Xəstəxanasında yerli tibb işçiləri ilə birgə xəstələri tibbi müayinədən keçirib.  Görmə orqanının bütün növ xəstəliklərin diaqnostika və  müalicəsi aparılıb. Gün ərzində 47 uşaq müayinədən keçirilib, xəstəlikləri aşkar olunanlara müalicə və eynəklər yazılıb, həkim məsləhəti verilib. 10 nəfər ətraflı müayinə üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasında Görmənin bərpası və mühafizəsi kabinəsində müalicəyə dəvət olunub.  30 uşağa isə hədiyyə paylanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: