“Ekologiya könüllüləri” layihəsi təqdim edilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində təbliğat və maarifləndirmə işlərinin daha da genişləndirilməsi məqsədilə “Ekologiya könüllüləri” layihəsinin təqdimatı keçirilib.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Mayis Əliyev 35 gəncin qatıldığı layihənin məqsədi, imkanları və onların bu cür layihələrə cəlb edilməsinin əhəmiyyəti barədə məlumat verib. Bu gün həyata keçirilən könüllülük fəaliyyətinin ictimai, sosial və tərbiyəvi əhəmiyyətini nəzərə alaraq, bu prosesə gənclərin fəal şəkildə qoşulmasının gələcəkdə bilikli, ixtisaslı gənc kadrların hazırlanmasına böyük imkanlar yaradacağını qeyd edib.

Nazir Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamının icrası ilə əlaqədar “İdeyadan başlanğıca” devizi altında hazırlanan yeni layihələrin həyata keçirilməsi üçün  nazirlikdə ekspert qrupu yaradıldığını və  qrup tərəfindən layihələrin qəbulu və təqdimatının həyata keçirilməsi istiqamətində tədbirlər görüldüyünü qeyd edib.

Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev layihəyə qoşulan gənclərin ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində aparılan təbliğat və maarifləndirmə işlərində yaxından iştirak edəcəyini qeyd edib.

Ekologiya könüllüləri ilə birgə Uzunoba Su Anbarı ətrafında təmizlik aksiyası  keçirilib.

 

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: