NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində müxtəlif idman yarışları, əlamətdar tarixi günlər münasibətilə keçirilən yaradıcılıq müsabiqələrində, bilik yarışmalarında, ümumiyyətlə universitetin ictimai işlərində fəallıq göstərən tələbələrin mükafatlandırma mərasimi olub.
Mükafatlandırılan tələbələr beynəlxalq və ölkə səviyyəsində keçirilən mötəbər yarışlarda muxtar respublika və Naxçıvan Dövlət Universitetinin idman mühitini təmsil edərək layiqli yerlər tutublar.
Eyni zamanda universitet daxilində keçirilən bilik yarışmaları, yazı müsabiqələrində fərqlənən və universitetin ictimai həyatında iştirak edən tələbələr də mükafatlandırılıb.
Qaliblər universitetin diplomu və müxtəlif hədiyyələrlə təltif olunublar.