NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqların Şahbuz Dövlət Təbiət Qoruğuna ekskursiyası təşkil olunub. 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ərəfəsində sosial könüllülərin də iştirak etdiyi tədbirdə uşaqlar Dövlət Təbiət Qoruğunun İnformasiya Mərkəzini gəzib, təbiət gözəlliklərinə tamaşa ediblər. Həmçinin, ekskursiya zamanı tədbir iştirakçıları üçün çay süfrəsi də təşkil edilib.