“Təbiətin beynəlxalq mühafizəsi və qırmızı kitab” mövzusunda interaktiv dərs - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində növbəti interaktiv dərsinin mövzusu “Təbiətin beynəlxalq mühafizəsi və qırmızı kitab” olub.

Dərsi AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Namiq Abbasov aparıb.

Dərs zamanı xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması, ekoloji maarifləndirmə tədbirlərinin keçirilməsi muxtar respublikanın fauna və flora müxtəlifliyinin qorunmasına və zənginləşdirilməsinə öz müsbət təsirini göstərdiyi qeyd edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən ilk dəfə Naxçıvan Muxtar Respublikasının flora və faunasına dair iki cilddən ibarət “Qırmızı Kitab” çap edildiyi diqqətə çatdırılıb. Bu kitab nadir növlərin müasir vəziyyətinin müəyyənləşdirilməsindən başqa, həm də bitkiçiliyin elmi əsaslarla öyrənilməsi, səmərəli və davamlı istifadə olunması, qorunub saxlanılmasında da mühüm əhəmiyyətə malikdir.

Dərsi muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbinin şagirdləri izləyiblər.

                                                             Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: