“Adı sənin, dadı mənim” komediyası festivalda göstərilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda keçirilən Xalq Teatrlarının Festivalı davam edir. Növbəti dəfə Naxçıvan Şəhər Xalq Teatrının kollektivi tanınmış yazıçı və dramaturq Seyfəddin Dağlının üç pərdə, beş şəkilli “Adı sənin, dadı mənim” satirik komediyası əsasında hazırlanmış tamaşanı nümayiş etdirib.

“Adı sənin dadı mənim” tamaşasında Səbirə, Həmzə, Qəmzə, Quzubala, Totux və Nəzarətçi obrazlarını Zülfiyyə Zeynalova, Abbas İsmayılov, Nazlı Hüseynquliyeva, Sultan Səfərov, Qəmər Babayeva, Pirqulu Məmmədov oynayırlar.

Tamaşanın quruluşçu rejissoru Akif Əsədov, rəssamı Azərbaycan Respublikasının Əməkdar artisti Bəhruz Haqverdiyev, musiqi tərtibatçısı Mirsaleh Seyidovdur.

Qeyd edək ki, Naxçıvan Şəhər Xalq Teatrı 1970-ci ildə şəhərdəki 1 saylı Mədəniyyət Evinin  nəzdində fəaliyyət göstərən dram kollektivi əsasında yaradılıb. 1971-ci ildə kollektivə Xalq Teatrı statusu verilib. Teatr bu illər ərzində C. Məmmədquluzadə, Ə. Haqverdiyev, C. Cabbarlı, S. S. Axundov, S. Rüstəm, B. Vahabzadə, N. Hikmət və başqalarının dramaturgiyasına müraciət edərək  uğurlu səhnə əsərləri yaradıb.

Əli Rzayev

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: