“Bu Naxçıvandır” adlı fərdi sərgi keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda fəal gənc, fotoqraf, memar Anar Sadiqovun “Bu Naxçıvandır” adlı fərdi sərgisi keçirilib. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi ilə əlaqədar fotolar və memarlıq işlərindən ibarət sərgidə Anar Sadiqova Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanmış Fəxri fərman təqdim olunub. Çıxış edənlər son illər muxtar respublikada gənclərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, onların yaradıcılıqlarının qiymətləndirilməsindən danışıb.   

Sərgidə muxtar respublikada həyata keçirilən quruculuq işlərini, turizm məkanlarını, tarixi abidələri və digər mövzuları özündə əks etdirən 95 ədəd foto və memarlıq işi nümayiş olunub.  Sərgi Gənclər və İdman Nazirliyi, Rəssamlar Birliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə  həyata keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: