NUHÇIXAN xəbər verir ki, İspaniyanın Alicante şəhərində, eyniadlı universitetdə təşkil olunmuş “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+ layihəsinin növbəti iclası keçirilib. İclasda “Naxçıvan” Universiteti Beynəlxalq Əlaqələr şöbəsinin müdiri , layihə meneceri Rəcəb Cəfərli qeyd edib ki, Universitetlərdə Keyfiyyətə nəzarət Mərkəzlərinin yaradılması ali təhsilin inkişafına ciddi təsir edəcək.
İyunun 2-dən 8-dək keçiriləcək təlimlərdə İngiltərənin Middlesex, İsveçin Kral Texnologiya, İspaniyanın Alicante, Litvanın SMİC tətbiqi Elmlər Universitetlərinin ekspertləri və Azərbaycanın 11 ali təhsil müəssisələrindən nümayəndələr iştirak edir. Treninqdə “Naxçıvan” Universitetini Beynəlxalq əlaqələr şöbəsinin müdiri, layihə meneceri Rəcəb Cəfərli, Tədris şöbəsinin müdiri Anar Abuzərli, Mühasibatlıq şöbəsinin müdiri Xəyal Heydərov, Xarici dillər kafedrasının müdiri Anara Nəsirli və həmin kafedranın baş müəllimi Könül Babayeva təmsil edir.
Seyfur Hacımuradov