İctimai şura üzvlərinin iştirakı ilə maarifləndirici tədbir

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şərur rayonunda ictimai şura üzvlərinin iştirakı ilə maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti tədbir “münaqişəli ailələr və belə ailələrlə işin düzgün qurulması yolları”mövzusunda olub.

Tədbirdə rayon polis şöbəsinin rəisi polis mayoru Nəriman İbrahimov münaqişəli ailələr və belə ailələrlə işin düzgün qurulmasının əhəmiyyətindən, Rayon ictimai şurasının sədri Tahir Əliyev isə rayonda fəaliyyət göstərən ictimai şuraların rolundan və polis-vətəndaş münasibətlərindən danışıb.

Tədbirdə həmçinin əkinə yararlı torpaqlardan səmərəli istifadə, yaşıllıqların artırılması və qorunması yolları, eyni zamanda torpaqlardan istifadə zamanı inzibati xətaya səbəb olacaq hallar barədə də məlumat verilib.

Arzu Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: