İcbari tibbi sığorta Şərur rayonunda uğurla tətbiq edilir

A- A A+

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu ilin yanvar ayında imzaladığı  “Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncamına uyğun olaraq  iyunun ayının 1-dən rayon ərazisində icbari tibbi sığortanın tətbiqinə başlanılıb.

Müvafiq sərəncamda icbari tibbi sığortanın tətbiqi məqsədilə Şərur Rayon Mərkəzi və Uşaq xəstəxanalarına publik hüquqi şəxs statusu verilib və tibb işçilərinin əməkhaqqı əhəmiyyətli dərəcədə artırılıb.

Tibbi sığorta Şərur rayonunda 115 min 575 nəfəri əhatə edir. Hazırda icbari tibbi sığorta üzrə baza zərfində mövcud olan 1525 tibbi xidmətin  718-i Şərur Rayon Mərkəzi Xəstəxanasında, digərləri isə icbari tibbi sığortanın tətbiq olunduğu muxtar respublika xəstəxanalarında həyata keçirilir. İyunun 1-dən bəri xəstəxanada 21 nəfər stasionar müalicəyə alınıb,  1 nəfər icbari tibbi sığorta ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına, 2 nəfər isə Diaqnostika-Müalicə Mərkəzinə və Doğum Mərkəzinə müayinəyə göndərilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: