“Lira” musiqili-intellektual oyunu yekunlaşıb

A- A A+

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə Naxçıvan Şəhər Gənclər Mərkəzində Nazirliyin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında “Lira” musiqili-intellektual oyununun final mərhələsi keçirilib.

2018-2019-cu tədris ili ərzində keçirilən “Lira” musiqili-intellektual oyunlarının nəticəsinə əsasən, qalib komandalar final mərhələsinə qatılıblar.

Maraqlı və gərgin keçən musiqili-intellektual oyunda komandalar görkəmli Azərbaycan və dünya bəstəkarları əsərlərini dinləmə yolu ilə təyin ediblər. Musiqinin ümumi-nəzəri məsələləri və görkəmli bəstəkarların həyat və yaradıcılığı ilə bağlı sualları cavablandırıblar.

Oyunun yekununa görə “Humayun” komandası I, “Simayi-Şəms” komandası II, “Buta” komandası III yeri tutub. “Aksent” komandası isə diplom ilə təltif olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: