Kültəpə kəndində kompleks quruculuq işləri aparılır - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Babək rayonunun Kültəpə kəndində kompleks quruculuq işləri davam etdirilir. Kənddə  360 şagird yerlik məktəb binası tikilir. Təhsil ocağında 20 sinif otağı, 1 kompüter, 2 elektron, 1 şahmat sinfi, 3 laboratoriya, kitabxana, hərbi kabinə və idman zalı olacaq.  Hazırda məktəbdə suvaq işləri aparılır, binanın istilik və kominikasiya xəttləri çəkilir.

Kənddə kənd mərkəzi və həkim ambulatoriyası üçün də inzibati bina inşa edilir. Üçmərtəbəli olacaq binanın birinci mərtəbəsində həkim ambulatoriyası, rabitə şöbəsi və avtomat telefon stansiyası yerləşəcək. İkinci və üçüncü mərtəbələrdə isə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı və digər qurumlar fəaliyyət göstərəcək.

Kənddə yeni tikilən digər bir obyekt isə xidmət mərkəzidir. Burada ərzaq, təsərrüfat malları mağazaları, bərbər, gözəllik salonu, ət satışı dükanı olacaq.

 Əlavə olaraq kəndin yolları, rabitə və elektrik xətləri də əsaslı təmir edilir.

 

                                         Vüsal Muradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: