Sosial könüllülər Ordubad rayonunda yaşayan tənha ahıllara baş çəkiblər - FOTOLAR

A- A A+

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə  Ordubad rayonunda  sosial xidmət göstərilən tənha ahılların evlərinə könüllülərin ziyarətləri təşkil olunub.

Sosial könüllülər ahıllara göstərilən xidmətlərlə tanış olub, yaşayış sahələrində təmizlik və abadlıq işlərinin aparılmasında köməklik göstəriblər. Tənha ahıllara sovqatlar da təqdim olunub. Ahıl vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: