Misir Londonda hərraca çıxarılan Tutanxamonun büstünü geri tələb edə bilər

A- A A+

Misir hakimiyyəti 4 iyulda Londonda “Christie's” hərrac evində satişa çıxarılacaq Tutanxamonun daşdan hazırlanan büstünü geri tələb edə bilər.

NUHÇIXAN TASS agentliyinə istinadən xəbər verir ki, 3 min yaşı olan büst Tutanxamonun timsalında günəş Allahı “Amon”un təsvirini əks etdirir.

“Financial Times” qəzetinin məlumatlarına əsasən büstün qiyməti 4 milyon funtsterlinq dəyərindədir. Hesab olunurdu ki, büst Misirin Luksor şəhərində, kilsədə yerləşirdi. Hazırda artefakt şəxsi kolleksiyadadır. Çox güman ki, büst kilsədən oğurlanmışdır.

Arxeoloqların fikrincə Misirin, fironun büstünü geri qaytarmaq üçün "etnik haqqı" var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: