Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi 2019-cu ilin may ayında davam etdirilib.
Naxçıvan şəhərində mərkəzi Avtomat Telefon Stansiyasında artım üçün 2 ədəd 48 portluq, 17№li məktəbin ətrafında və Zərifə Əliyeva küçəsində yerləşən Avtomat Telefon Stansiyasınlarının hər birinə 1 ədəd internet modulu əlavə edilib. Bundan əlavə, Babək rayon Güznüt kəndində 48 , Çeşməbasar kəndində 64 və Şahbuz rayonu Şahbuzkənd Avtomat Telefon Stansiyasına 32 portluq hər birinə 1 ədəd internet modulu əlavə edilib.
Şərur rayonu Çərçiboğan, Çomaxtur, Yengicə və Oğlanqala kənd Avtomat Telefon Stansiyasınlarıda portların artırılması üçün 48 portluq avadanlıq quraşdırılaraq asinxron rəqəmsal istifadəçi internet portlarının sayı artırılıb. Nömrə tutumlarının artırılması nəticəsində 185 yeni telefon nömrəsi istismara verilib.
Muxtar respublika ərazisində yeni tikilən kənd mərkəzlərinə, təhsil müəssisələrinə, dövlət təşkilatlarına fiber-optik xətlər çəkilir. May ayında muxtar respublika ərazisində, ümumilikdə, 11 260 metr fiber-optik kabel xətti çəkilib, genişzolaqlı ADSL texnologiyası vasitəsilə 502 yeni abunəçi internetlə təmin olunub. Bu da muxtar respublikada rabitə əlaqələrinin tam kəsintisiz həyata keçirilməsində, elektron hökumət, genişzolaqlı internet, 4-cü nəsil xidmətlərin və digər informasiya-kommunikasiya texnologiyaları layihələrinin icrasında əvəzsiz rola malikdir. Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalında yenilənmə işləri və real vaxt rejimində poçt məntəqələrində komunal xərclərin yığılması davam etdirilib