Əcnəbi turistlər səyahət üçün Naxçıvanı seçirlər - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda olan əcnəbi turistlər muxtar respublika ilə bağlı  təəssüratlarını və tarixi abidələrin fotolarını sosial şəbəkələrdə məmnuniyyətlə paylaşırlar. Dünyanın müxtəlif coğrafiyasından ilk dəfə qədim Nuh yurduna səyahət edənlər burada gördükləri maraqlı və əsrarəngiz  mənzərələr qarşısında heyrətlərini gizlədə bilmirlər. Laoslu  Yoliandri Susilo  Əlincəqalanı gəzəndən sonra buranın haqqında  öz instaqram səhifəsində qədim qala haqqında ətraflı məlumat verib. Qeyd olunur ki, Azərbaycanın Maçu-Piççusu adlanan Əlincə uzun illər Əmir Teymur  tərəfindən fəth edilə bilməyib. İndi isə dağın zirvəsindəki bu möhtəşəm  qalaya cəmi bir saata rahat pillələrlə qalxmaq olar.

İsveçrədə fəaliyyət göstərən “Yannik Unbeleviable Travel”  turizm şirkətinin instagram səhifəsində də Əlincəqala ilə bağlı maraqlı fotolar və məlumatlar verilib.

Noguidebooks niki ilə instaqram səhifəsi yaradan  amerikalı Kristofer Novakovski də Naxçıvanın abidələri qarşısında heyrətini gizlədə bilmir. Qarabağlar türbəsi, Duzdağ mağarası, Xan Sarayı haqqında öz səhifəsində ətraflı məlumat verir. Amerikalı turizm həvəskarı qeyd edir ki, 14-cü əsrdə inşa edilən Qarabağlar türbəsi qədim eyni adlı kəndin ərazisindədir.

Duzdağ mağarası isə sağlamlıq möcüzəsidir. Gözəl bir şəkildə duz mədənində yaradılan müalicəxana daha çox uşaqlar üçün faydalıdır.

17-ci əsrə məxsus Xan Sarayının güzgülü salonu ayrı bir aləmdir. Kristofer qeyd edir ki, ətrafdakı maraqlı mənzərəni ancaq  Naxçıvanda görmək mümkündür. Ona görə də səyahət həvəskarları buranı görməlidirlər. Bu statuslara rəy yazan digər əcnəbilər isə mütləq Duzdağa gələcəklərini və burada müalicə olunacaqlarını bildirirlər.

Ameriaklı turist həmçinin Ermənistanın Naxçıvanı blokadada saxlaması, 1990-cı illərdə bura hücum etməsi, lakin yerli sakinlərin bu doğma  coğrafiyanı mətanətlə düşmən təcavüzündən qoruduğunu da qeyd edir. O, həmçinin Naxçıvan şəhərinin mənzərərləri ilə yanaşı “Şəhidlər xiyabanı”ndan da fotolar paylaşıb. Qonaq nümunəvi taksi sürücülərinin səmimiyyəti, insanların qonaqparəvərliyi və səxavətini də xüsusi olaraq vurğulayır.  “Mənim qəribəmə gələn, təyyarədə qonaq olduğumu bilən bir yaşlı xanımın öz əllərilə hazırladığı mürəbbə şüşəsini təkidlə mənə hədiyyə verməsi oldu. Bu doğurdanda məni təəccübləndirdi”, -deyə fikrini tamamlayır.   

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: