NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 10 iyun 2019-cu il tarixli Sərəncamı ilə Duzdağ Fizioterapiya Mərkəzi işçilərinin vəzifə maaşları bu il iyunun 1-dən artırılıb. Kollektivin hər bir üzvü bunu səhiyyə işçilərinə göstərilən dövlət qayğısının parlaq ifadəsi kimi dəyərləndirir.
Duzdağ Fizioterapiya Mərkəzinin yaradılmasının 40 illiyi ərəfəsində imzalanan sərəncam 43 işçiyə şamil olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin digər Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə müəssisənin bir qrup işçisi “Əməkdar həkim”, “Əməkdar tibb işçisi” fəxri adları, “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanları ilə təltif ediliblər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” 2019-cu il 16 may tarixli Sərəncamının icrası ilə əlaqədar “Duzdağ” otelində elmi konfrans keçirilib. İl ərzində digər tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulur.
Hüseyn Əsgərov