NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə yeniyetmə və gənclərə “oriqami” və “kiriqami” üsulu ilə kağızdan hazırlanan fiqurların incəsənətini öyrətmək məqsədilə ustad dərsi təşkil edilib. Dərsi fəal gənc Türkan Gülmalıyeva aparıb.
Türkan Gülmalıyeva oriqami, kiriqami üsulu ilə kağızdan yaranan fiqurların incəsənətindən və kvilinq (quilling art) sənəti haqqında iştirakçılara məlumat verib. Bildirilib ki, bu adi kağızların burulması yolu ilə hazırlanan çox incə sənət və gözəl əl işi nümunəsidir. Bu sənət növü 14-cü əsrin sonu, 15-ci əsrin əvvəllərində Avropada yaranıb. Uzun zaman keçməsinə baxmayaraq kvilinq sənəti dövrümüzə qədər gəlib çatıb. Hal-hazırda İngiltərədə, Almaniyada, Koreyada kvilinq hobbi kimi çox populyardır.
Sonra fliobook (hərəkət edən rəsimlər) və minatürlərin, kağız xəmirinin hazırlanması qaydasından söhbət açılıb və gənclərlə birgə kağız xəmirindən dekorlar hazırlanıb.