Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə muxtar respublikada yoluxucu xəstəliklərlə mübarizə işində tədbirlər davam etdirilir.Ağciyər Xəstəlikləri Dispanserinin əməkdaşları ümumtəhsil məktəblərinin müəllim və 9-11-ci siniflərində təhsil alan şagirdləri arasında ağciyər vərəminin profilaktikası və ilkin vərəmin vaxtında aşkar edilməsi məqsədilə rentgen-flüoroqrafik müayinələr aparırlar.
Növbəti dəfə Babək rayonunun Cəhri kənd tam orta məktəbi müayinəyə cəlb olunub. Dispanserin həkim və orta tibb işçiləri 104 şagird, müəllim və texniki işçi heyətini səyyar rentgen-flüoroqrafik müayinəsindən keçiriblər.
Digər müayinələr isə Sədərək rayonunda aparılıb.94 şagird,müəllim heyəti, eləcə də kənd əhalisi arasında xəstəliklə bağlı şübhəli bilinənlər müayinələrə cəlb olunublar. Hər iki kənddə vərəmə yoluxma halları aşkar edilməyib.
Müayinələrdən sonra ftiziatrların iştirakı ilə “Uşaqlarda vərəm intoksiyası”mövzusunda səhiyyə maarifləndirməişi aparılıb, vərəm haqqında buklet və kitabçalar paylanıb.
Rentgen-flüoroqrafik müayinələr kənd və kənd məktəblərini əhatə etməklə ilboyu həyata keçiriləcək.