“Gələcəyin Alimləri” layihəsinin təqdimat mərasimi oldu

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda “Gələcəyin Alimləri” layihəsinin təqdimat mərasimi keçirilib                                            

Tədbirdə İnstitutun rektoru Elbrus İsayev bildirib ki, Naxçıvan Müəllimlər İnstitutunun təşəbbüsü ilə keçirilən “ Gələcəyin Alimləri” layihəsi Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil müəssisələrində təhsil alan yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqələnən istedadlı şagirdlərə dəstək məqsədilə təşkil edilib. Sentyabr ayında start götürəcək layihə may ayında şagirdlərin təqdimatı ilə yekunlaşacaq. Elmi və innovativ təqdimatları ilə fərqlənən şagirdlərə simvolik olaraq “Gələcəyin alimi” fəxri diplomunun və mükafatların verilməsi nəzərdə tutulur.

Sonra Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov təhsildə həyata keçirilən “İnteraktiv dərs”, “Nümunəvi dərs”, eyni zamanda “Elektron universitet”, “Sabahın müəllimi”, “Distant təhsil” və “Dərsdən sonra” layihələrinin  təhsilin inkişafında müstəsna rola malik olduğunu diqqətə çatdırıb. “Gələcəyin alimi” layihəsi də istedadlı şagirdlərin üzə çıxarılmasında, onların tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsində mühüm rol oynayacağını bildirib. 

Sonra çıxışlar dinlənilib.

Sonda Naxçıvan Televiziyasının hazırladığı nümunəvi dərslərə aid  filmə baxış olub.

Nurlan Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: