NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunun Biçənək kəndində kənd yaşıl turizminin inkişaf etdirilməsi ilə bağlı maarifləndirici tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin əməkdaşı Piri Nağıyev bildirib ki, turizmin inkişafında vətəndaşların da üzərinə müəyyən vəzifələr düşür. Turist cəlb edilməsində təmiz iqlim və saf suyun, yaşıllığın, abad kənd şəraitinin, insanı cəlb edən təbiət mənzərələrinin, infrastrukturun yüksək səviyyədə olmasının və qonaqpərvərliyin bu sahənin inkişafına imkan verdiyi diqqətə çatdırılıb. Kənd sakinlərinin istehsal etdikləri ekoloji cəhətdən təmiz məhsulları gələn qonaqlara və turistlərə təqdim etməklə, həmçinin evlərini müəyyən müddətə kirayə verməklə, yaxın ərazidə yerləşən gözəl təbiətə malik Batabata gəzintilər təşkil etməklə öz ailə büdcələrini artıra biləcəkləri qeyd olunub. Bu da kənd yaşıl tuziminin inkişafını şərtləndirən əsas amillərdən biridir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Cavid Səfərli