Müasir Azərbaycanın şanlı tarixi - FOTOLAR

191

NUHÇIXAN xəbər verir ki, ali təhsil ocağında “15 İyun- Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov dahi rəhbər Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb. Rektor qeyd edib ki, Milli Qurtuluş Gününün mənası təkcə ölkənin xaos və anarxiyadan xilas olunması, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi məhv etmək planlarının məhv olması ilə məhdudlaşmır. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Prezident İlham Əliyevin Ümummilli Liderin siyasi xəttini layiqincə davam etdirdiyi diqqətə çatdırılıb. Rektor 1997-ci ildən qeyd edilən  bayram münasibətilə universitetin müəllim, tələbə kollektivini təbrik edib.

Sonra tələbələrin bədii qiraəti dinlənilib, ardınca  “Milli qurtuluşdan intibaha” adlı film nümayiş olunub. Tədbir İncəsənət fakültəsi tələbələrinin ifasında konsert proqramı ilə davam edib.

                                             Səadət Əliyeva

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: