Əməyin mühafizəsinə dair növbəti maarifləndirici seminar keçirilib - FOTOLAR
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əməyin mühafizəsinin təşkilinə dair maarifləndirici seminarlar davam etdirilir.
Növbəti seminar “Gəmiqaya Holding” Şirkətlər İttifaqının nəzdində fəaliyyət göstərən müəssisənin işçi kollektivinin iştirakı ilə keçirilib. Seminarda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən işçi kollektivinə iş prosesində əməyin mühafizəsi qaydalarına riayət edilməsi, işin xarakterinə uyğun fərdi və kollektiv mühafizə vasitələrindən istifadə edilməsi, əməyin mühafizəsi üzrə işçilərin vəzifələri, həmçinin əməyin mühafizəsi qaydalarının pozulmasına görə məsuliyyətlər mövzularında izahedici söhbətlər aparılıb.
Tədbirin sonunda sosial könüllülər tərəfindən seminar iştirakçılarına maarifləndirici bukletlər təqdim olunub.