Muxtar respublikada xalq teatrlarının festivalı davam edir - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə Xalq teatrlarının muxtar respublika festivalı çərçivəsində Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrının Eynəli bəy Sultanovun “Sənəm” adlı iki hissəli vodevili əsasında hazırladığı tamaşa nümayiş olunub.

Eynəli bəy Sultanovun ilk qələm təcrübəsi olan “Sənəm” əsərində saf və təmiz məhəbbəti, sədaqəti hər şeydən üstün tutan azərbaycanlı qızı Sənəmin real obrazı yaradılıb. Müəllifin özünün vaxtı ilə dediyi kimi, pyesin məzmunu bir qədər nağılvari olsa da, real həyatdan götürülüb.

Tamaşada əsas rollarda Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Kimya Babayeva və Məhərrəm Əbilsoy oynayıblar. Quruluşçu rejissor Nəsimi Məmmədzadə, rəssam və musiqi tərtibatçısı Neymət Sultanovdur. Tamaşada görkəmli bəstəkar Rauf Hacıyevin musiqisindən istifadə olunub.

Qeyd edək ki, xalq teatrlarının muxtar respublika festivalı iyunun 19-da Babək Rayon Xalq Teatrının yazıçı-dramaturq Əfqan Əsgərovun “Qız atası” pyesi əsasında hazırladığı tamaşa ilə başa çatacaq.

Əli Rzayev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: