Vergi orqanlarında vakant vəzifələrin tutulması üçün test imtahanlarına start verilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə  Komissiya tərəfindən dövlət vergi orqanlarında vakant vəzifələrin tutulması üçün 4 mart 2019-cu il tarixdə elan olunmuş müsabiqənin test imtahanlarına start verilib.

Müsabiqəyə çıxarılan 33 vakant vəzifənin tutulması üçün 62 namizəd sənəd təqdim edib. İmtahan başlanmazdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilir. İmtahanda qanunvericilik və ixtisas üzrə 90, məntiqi təfəkkürün yoxlanılması üzrə 10 sual olmaqla 100 sual təqdim edilib, sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt verilir. Test imtаhаnı nəticəsində 70 və dаhа аrtıq test tapşırığına düzgün cavab verən nаmizədlər növbəti müsahibə mərhələsinə buraxılacaqlar.

İmtahanda obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılır. İmtahan bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim olunur. İmtahanda Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşları müşahidəçi kimi iştirak edirlər.

İmtahanın nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilir. Test imtahanları  iyunun 14-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: