Culfa rayonunda növbəti maarifləndirici tədbir

A- A A+

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə nazirliyin və Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Culfa rayonunda “Vətəndaşlıq vəziyyəti aktlarının izahı, məsuliyyət və vəzifələr” mövzusunda  rayonun inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirakı ilə növbəti seminar keçirilib. Seminarda nazirliyin Qeydiyyat və notariat şöbəsinin rəisi, ədliyyə müşaviri Səyyub Kərimov qeydiyyat şöbələrinin səlahiyyətləri ilə bağlı məlumat verib. Qeyd edilib ki, qeydiyyat şöbələri öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölüm  qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verir. İcra hakimiyyətinin nümayəndələri isə bunlardan doğumun, nikahın bağlanmasının, ölümün qeydiyyatını aparır və doğum, nikah, ölüm haqqında şəhadətnamələr verir.

Qeydiyyat və notariat sahəsində aparılan əməliyyatlar zamanı qanunvericiliyin tələblərinə əməl olunması, əhaliyə bu sahədə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, nöqsanlara yol verilməməsi, aparılan əməliyyatlar zamanı kargüzarlıq qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin gözlənilməsi əsas vəzifələrdən olduğu vurğulanıb. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınmasına görə dövlət rüsumunun ödənilməsi haqqında da məlumat verilib, dövlət rüsumu ödəndikdən sonra qeydiyyat şöbəsinin rəisi və əməliyyatları icra edən inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq əməliyyatı rəsmiləşdirməli və qanunvericiliyin tələblərinə əməl etməli olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, notariat hərəkətlərinin aparılması zamanı qəbul edilmiş dövlət rüsumu 2 bank günü ərzində dövlət büdcəsinə köçürülməlidir. Əməliyyatlar  zamanı qaralama, pozuntu hallarına yol verilməməli, müraciət etmiş şəxslərin şəxsiyyəti müəyyən edilməli, rəsmiləşdirmə zamanı vətəndaşların şəxsən iştirakı təmin edilməlidir.

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat məlumatlarının müvafiq elektron informasiya sisteminə ötürülməsinin operativliyini təmin etmək üçün icra nümayəndələri tərəfindən doğum, nikah və ölüm haqqında statistik məlumatlar vaxtında qeydiyyat şöbəsinə təqdim olunmalıdır.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: