Milli Qurtuluş Günü: əbədi müstəqilliyə açılan qapı   - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Heydər Əliyev Muzeyində Milli Qurtuluş Günü münasibətilə “Milli Qurtuluş Günü: əbədi müstəqilliyə açılan qapı” mövzusunda elmi-praktik konfrans keçirib.

Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli bildirib ki, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ölkəni parçalanıb məhv olmaq və dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək böyük tarixi missiyanı yerinə yetirib və müstəqil Azərbaycan dövlətinin memarına çevrilib.

Naxçıvan Dövlət Universiteti Fəlsəfə kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Abbas Əhmədov “Ulu öndər Heydər Əliyev və milli qurtuluş fəlsəfəsi” mövzusunda çıxış edib.

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Allahverdiyeva “Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycan”, Təşkilatın İcra katibliyi təşkilat şöbəsinin müdiri Rail Tağızadə “Azərbaycanın milli qurtuluşdan başlayan inkişaf mərhələsi”, YAP Naxçıvan Tibb Kolleci ərazi ilk təşkilatının  sədri, Tibb Kollecinin müəllimi Leyla Vəliyeva “Naxçıvan Muxtar Respublikası: intibah salnaməsi” mövzularında çıxış ediblər.

Sonda konfrans iştirakçıları muzeyin ekspozisiyasında sərgilənən  ümummilli liderin həyatını və siyasi fəalliyyətini özündə əks etdirən eksponatlarla yaxından tanış olublar.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: