“Öz biznesinə başla və onu inkişaf etdir” təliminin növbəti təlimi başa çatıb - FOTOLAR

A- A A+

Komitənin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı geniş miqyaslı proqram əsasında Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətlədirilməsi” adlı layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasında keçirilən “Öz biznesinə başla və onu inkişaf etdir” təlimlərinin növbəti təlimi yekunlaşıb.

Naxçıvan şəhərində keçirilən üç günlük təlim zamanı təlimçilər tərəfindən təlim iştirakçılarına pul vəsaitlərinin idarə olunması, büdcə planlaşdırması, borc idarəetmə üsulları, mövsümi xərclərin idarə edilməsi, qənaət vərdişləri  və digər bacarıqlarla bağlı slayd vasitəsilə geniş məlumatlar verilib. Qarşılıqlı diskussiyya şəraitində keçirilən təlimlərdə iştirakçıların sualları cavablandırılıb.

Növbəti gün isə təlim iştirakçılarına sertfikat verilməsi mərasimi keçirilib, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova və Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova təlimdə iştirak edən qadınları təbrik edib, 16 təlim iştirakçısına sertfikatlar təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: