5 nömrəli tam orta məktəbdə yenidənqurma işləri aparılır

A- A A+

Son on ildə muxtar respublikamızda aparılan quruculuq tədbirləri nəticəsində 105 elm və təhsil müəssisəsi inşa edilib. Aparılan quruculuq və abadlıq işlərindən Naxçıvan şəhərindəki tam orta məktəblərə də kifayət qədər pay düşüb. Bu gün 5 nömrəli tam orta məktəbin binası istisna olmaqla, demək olar ki, Naxçıvan şəhərində təmir olunmayan məktəb binası qalmayıb.

Hazırda Naxçıvan şəhərindəki 5 nömrəli tam orta məktəbin binasında aparılan təmir-bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. 1148 şagird yerlik tam orta məktəbdə əlavə 2 korpus tikilib. Binanın daxilində aparılan işlər artıq yekunlaşmaq üzrədir. Burada 58 sinif otağı, 2 elektron lövhəli sinif, müxtəlif laboratoriyalar, 3 kompüter otağı, idman zalı, kitabxana, hərbi kabinə və digər otaqlar yaradılıb. Binanın ətrafında da xeyli iş görülüb. Səkilərə kilid daş döşənib, gülkarlıqlar yaradılıb, işıqlandırma sistemi qurulub.

Qeyd edək ki, dahi şair-dramaturq Hüseyn Cavidin adını daşıyan bu təhsil müəssisəsi muxtar respublikamızın qabaqcıl məktəblərindəndir. Məktəbi bu il 64 şagird bitirib. Məzunlardan10-u bugünədək keçirilən yaz imtahanlarında 500-700 arası bal toplayıb.

Ayxan Hüseynli

“Nuh yurdu” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: