Ailə təsərrüfatlarında günəbaxan əkininə maraq artıb

A- A A+

Bu gün ailə təsərrüfatları muxtar respublikada əkilən ənənəvi bitkilərlə yanaşı, iqtisadi cəhətdən səmərə verən digər bitkilərin də əkinlərinə üstünlük verirlər. Babək rayonunun Şıxmahmud kənd sakini İsa Baxşızadə də 20 ilə yaxındır ki, ailə təsərrüfatı ilə məşğuldur.O bu ildən təsərrüfatında digər kənd təsərrüfatı bitkiləri ilə yanaşı, bu ilin yazında 22 hektar sahədə günəbaxan əkib. Təsərrüfatçı bildirir ki, bu sahəyə üstünlük verməsinin səbəbi günəbaxanın məhsuldarlığının yüksək olması, bazardakı yeri və ən əsası quraqlığa davamlılığıdır.

Onun sözlərinə görə, günəbaxan bitkisi məhsulvermə dövrünə qədər 2 dəfə suvarılır. Məhsuldarlıq isə 1 hektara 30- 40 sentiner olur. Hazırda sahədə alaq otlarına qarşı mübarizə və suvarma tədbirləri görülür. Avqust ayında isə məhsulun yığımı həyata keçiriləcək.

Son dövrlərdə muxtar respublikaya gətirilən müasir kombaynlar vasitələri ilə günəbaxan bitkisini yığmaq mümkündür. Təsərrüfat sahibi deyir ki, məhsulun satışında da heç bir problem yoxdur. Məhsulun bazar və yarmarkalarda alıcısı çoxdur. Qeyd edək ki, Naxçıvan şəhərində fəaliyyət göstərən “Ləzzət” Qida Sənaye Məhdud Məsuliyyətli Cəmiyyətində də günəbaxan tumunun münasib qiymətlərlə qəbulu da həyata keçirilir. Muxtar respublikaya günəbaxan tumunun əksəriyyəti xaricdən idxal olunur. Ailə təsərrüfatlarının bu sahəyə marağının artması isə idxaldan asılılığın azalmasına şərait yaradacaq.

 

“Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: