Mütərəqqi suvarma şəbəkələrinin qurulması diqqət mərkəzindədir

A- A A+

Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi  tərəfindən meliorativ sistemlərinin istismarı işinin daha da yaxşılaşdırılması və suvarılacaq sahələrdən istifadənin səmərəliliyini artırmaq məqsədilə  görülən işlər may ayı ərzində də davam etdirilib.

Belə ki, Babək rayonunda Qaraçuq magistral və Sirab yeni kanallarında 1,9 kilometr, Babək təsərrüfatdaxili, Nehrəm ara arxlarında 5,1 kilometr lildən təmizlənmə işləri görülüb, Sirab kəndində 40 metr yeni qapalı drenaj xətti çəkilib, Güznüt kəndində isə 30 metr qapalı drenaj xətti təmir-bərpa olunub. Görülən işlərin nəticəsində Babək rayonunda 1,3 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb.

Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, suvarılan torpaq sahələrinin genişləndirilməsi və torpaqların suvarılmasının səmərəliliyinin yüksəldilməsi məqsədilə Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi  tərəfindən Kəngərli rayonunun Yurdçu kəndi ərazisində 76 hektar, Şahbuz rayonunun Türkeş kəndi ərazisində 300 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, müxtəlif diametrli borularla Yurdçu kəndi ərazisində 6,7  kilometr, Türkeş kəndi ərazisində isə 6,8 kilometr yeni suvarma xətti quraşdırılıb.

Rayonda əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün  200 metr mövcud içməli su xətlərində  təmir-bərpa  işləri aparılıb, 240 metr yeni xətt quraşdırılıb.

Bundan başqa, hesabat dövrü ərzində suvarma mövsümünün başlanması ilə əlaqədar olaraq suvarma boru xətlərində, mexaniki suvarma sahəsində nasos stansiyalarında və təzyiqli boru xətlərinin təmirə ehtiyacı olan hissələrində təmir işləri davam etdirilib,  nasos stansiyalarının təzyiqli boru xətlərində 560 metr təmir-bərpa işləri aparılıb.

 

“Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: