“Axtar tap” intellektual oyunun növbəti mərhələsi başa çatıb. - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbə verir ki, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi və “15 İyun - Milli Qurtuluş Günü” ilə əlaqədar  “Axtar  tap” intellektual oyunu keçirilib.

Gənclər ərazinin müxtəlif yerlərində hazırlanmış suallara cavab taparaq birincilik uğrunda mübarizə aparıblar.

Suallara daha tez cavab verən “Oderlər” komandası  I, “Uğur” komandası  II, “Ümid” komandası isə III yerə çıxıb. Oyunun sonunda I yeri tutan komandaya Gənclər və İdman Nazirliyi tərəfindən kubok, digər komandalara və komanda üzvlərinə isə diplom , fəxri  fərmanlar və oxunması zəruri olan kitablar, həmçinin Azərbaycan və Dünya ədəbiyyatından nümunələr təqdim olunub. Oyunda Gənclər və İdman nazirliyinin sosial şəbəkə hesabında qeydiyyatdan keçmiş komandalar iştirak edib.

Oyundan sonra Atçılıq və İstirahət Mərkəzində gənclər at sürüb, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının bədii öz fəaliyyət kollektivi tərəfindən təşkil olunmuş konsert də iştirak ediblər. 100-ə yaxın gəncin iştirak etdiyi oyun Gənclər və İdman Nazirliyinin , Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının birgə təşilatçılığı ilə keçirilib.

Aytən İsgəndərli

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: