B12 vitaminin çatışmazlığı psixiki pozulmalara və qanazlığına səbəb olur

A- A A+

B12 vitamini insan sağlamlığı üçün ən vacib olan vitaminlərdən biridir.

B12 eritrositlərin (qan hüceyrələri) formalaşması, DNT-nin sintezi, sinir sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir.

NUHÇIXAN tibbi saytlara istinadən xəbər verir ki, B12 vitamininin çatışmazlığı geriyə dönməz sinir və psixiki pozulamaların inkişafına, ağır anemiyaya (qanazlığı) səbəb ola bilər.

B 12 vitamininin çatışmazlığının simptomları:

- yorğunluq

- zəiflik

- qəbizlik

- iştahanın azalması

- çəkinin azalması

- depressiya

- yaddaşın pozuması

- dezorientasiya (şüurun qarışması)

- ağız boşluğunda və dildə agılar.

Bu vitaminin çatışmazlığı kimdə inkişaf edə bilər? Risk qrupuna bu insanlar daxildir:

- veqanlar

- pis qidalanan insanlar

- yaşlı insanlar (həzm sistemində qidalı maddələrin mənimsəmə proseslərinin zəifləməsinə görə)

- mədə-bağırsaq sistemində pozulmaları olanlar  

- kəskin arıqlayan və ya mədə-bağırsaq sistemində əməliyyat keçirmiş insanlar

- bəzi dərman preparatlarını (məsələn, qıcqırmaya qarşı, metformin və s.) qəbul edənlər.  

B12 vitamininin əsas mənbələri: ət və qaraciyər, yumurta, süd məhsulları, tərkibində çörək mayası olan məhsullar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: