Ordubad rayonunda humanitar tibbi aksiya - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimləri Ordubad Rayon Mərkəzi Xəstəxanası ilə birgə humanitar tibbi aksiya keçirib.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının və Ordubad Rayon Mərkəzi xəstəxanasının həkim briqadası tərəfindən xəstəxanaya gələ bilməyən ahıl və hərəkətsiz xəstələrə tibbi xidmət evlərində göstərilib. 15 nəfərdən ibarət həkim briqadası 30 xəstəni ambulator müayinələrdən keçirərək müvafiq tövsiyələr veriblər. Tibbi aksiyada oftalmoloq, uroloq, endokrinoloq, terapevt, nevropatoloq və LOR həkimləri iştirak ediblər.
Qeyd edək ki, humanitar tibbi aksiya muxtar respublikanın digər rayonlarında da həyata keçiriləcək.
Cavid Səfərli