İnsan Hüquqları Günü münasibətilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında bilik yarışı olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, 18 iyun-Azərbaycan Respublikasında İnsan Hüquqları Günü ilə əlaqədar Naxçıvan şəhərindəki Gənclər Mərkəzində muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında bilik yarışı keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Ülkər Bayramova və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxış ediblər, iştirakçılara uğurlar arzulayıb.

İştirakçılar yarışın şərtləri barədə ətraflı məlumatlandırıldıqdan sonra yarışa start verilib. Yarışda Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, həmçinin Naxçıvan Dövlət Texniki Kollecinin,  Naxçıvan Tibb Kollecinin və Naxçıvan Musiqi Kollecinin tələbələri iştirak ediblər. 2 turdan ibarət bilik yarışında tələbələr komanda şəkilində Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Konstitusiyalarına, həmçinin muxtariyyətin tarixi və hüquqi akspektlərinə dair suallar üzrə biliklərini sınayıblar.

2 saata yaxın davam edən bilik yarışında ali təhsil müəssisələrinin tələbələri arasında “Naxçıvan” universitetinin “Aran” komandası I, Naxçıvan Dövlət Universitetinin “Qurtuluş” komandası II, Naxçıvan Müəllimlər İnstitutunun “Qılınc və qələm” komandası isə III yerə layiq görülüblər.

Orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında isə Naxçıvan Dövlət Texniki Kollecinin “Zirvə” komandası I, Tibb kollecinin “İbn Sina” komandası II, Musiqi kollecinin “Melodiya ”komandası isə III yeri tutublar.

Sonda qalib komandalar Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin fəxri fərmanları və Gənclər Fondunun diplomları ilə təltif olunublar.

 

Məhəmməd Fərəcov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: