Sahibkarlara  fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə  bağlı məlumat verilib

A- A A+

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi ilə birgə fəaliyyət planına uyğun olaraq “Fövqəladə halların nəticələrinin aradan qaldırılmasında sahibkarlıq subyektlərinin rolu”  mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd muxtar respublika ərazisində ehtimal olunan fövqəladə hallar zamanı onların nəticələrinin aradan qaldırılmasında sahibkarlıq subyektlərinin vəzifələrini və məsuliyyətini müəyyənləşdirmək, müəyyən olunmuş davranış və fəaliyyət qaydaları, yanğın təhlükəsizliyi və ilk yardım məsələləri haqqında iştirakçılara məlumat verməkdir.

Tədbirdə çıxış edənlər muхtаr rеspublikа ərazisində ehtimal olunan fövqəladə hallar, onların əhaliyə və iqtisadi obyektlərə vura biləcəyi zərər, fövqəladə hallar zamanı zərər çəkmiş əhalinin həyat fəaliyyətinin bərpa olunması və onların zəruri tələbatlarının ödənilməsində sahibkarlıq subyektlərinin rolu və vəzifələri barədə iştirakçılara ətraflı məlumat veriblər.

Sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tədbir iştirakçılarına fövqəladə hallar zamanı davranış, fəaliyyət və ilk yardım  qaydaları, sahibkarlıq subyektlərində yanğın təhlükəsizliyi qaydaları haqqında məlumat veriblər. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzulara aid video-çarxlar və slaydlar təqdim edilib.

 

             

         

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: