Anbarlara taxıl qəbulu başlayıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətində  vətəndaşlardan taxıl qəbuluna start verilib.

Taxıl tədarükü ilə əlaqədar anbarlarda tam  hazırlıq işləri görülüb. Qeyd edək ki, bu il taxılın alış qiymətləri növlərinə görə artırılıb. Belə ki, arpanın alış qiyməti 1 kiloqramı 30 qəpik, buğdanın 1 kiloqramı 35 qəpik, qarğıdalının 1 kiloqramı 40 qəpik olub. Torpaq mülkiyyətçiləri məntəqəyə təhvil verdikləri məhsulun pulunu yerindəcə alırlar.

Muxtar respublikada taxılı uzun müddətə saxlamağa imkan verən anbarın həcmi 27 min tondur. Burada eyni zamanda taxılı qısa müddətə saxlaya bilən tutumu 20 min ton olan 2 anbar da fəaliyyət göstərir.

                                              

                                                        Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: