Bolqarıstanın “Gotvene.bg” kulinariya portalı Azərbaycan mətbəxi barədə məqalə yayıb.
NUHÇIXAN xəbər verir ki, məqalədə Azərbaycan mətbəxinə olan təsirlər, burada istifadə olunan ədviyyələr, çeşidlər, reseptlər barədə geniş məlumat verilir. Qeyd olunur ki, Azərbaycan şirniyyatları xüsusi dada malikdir və adətən qara çayla təqdim olunur. Çay dəstləri barədə də geniş bəhs olunur.