“Sabahın müəllimi” layihəsinin icrasına başlanıldı: sonuncu kurs tələbələrinə vakansiyalar təqdim olundu

A- A A+

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə  Naxçıvan Müəllimlər İnstitutunda pedaqoji profilli ixtisasların buraxılış kurs tələbələri ilə görüş keçirilib.

Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov “Sabahın müəllimi” layihəsinin məqsədinin  muxtar respublikada innovativ təcrübəli müəllim kadrların hazırlanmasına və gənc kadrların işlə təminatına  müsbət təsir göstərəcəyini qeyd edib.  

Nazirliyin əməkdaşı  Abdulla Əsgərov məzunlara  slaydlar vasitəsilə muxtar respublika ümumtəhsil məktəblərində olan vakant müəllim vəzifələri, Naxçıvan Muxtar Respublikasında müəllimlərin ümumtəhsil müəssisələrinə işə qəbul qaydaları və pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər haqqında geniş məlumat verib.

Babək rayon Nəcəfalı Dizə kənd tam orta məktəbinin müəllimi Kəmalə Əhmədova muxtar respublikanın şəhər və rayon mərkəzləri ilə yanaşı ucqar kəndlərində də gənc kadrlar üçün yaradılan şəraitə, müəllim əməyinə verilən yüksək qiymətə və gənclərin inkişafına yaradılan şəraitə görə həmkarları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlıq bildirib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: